Xəbər lenti
7-03-2019, 22:48

 

"Türkiyənin terrora qarşı münasibəti məlumdur. Türkiyə terrordan çox əziyyət çəkən və bir çox vətəndaşını qurban verən ölkədir”.
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, terrorun harada baş verməsindən asılı olmayaraq, Türkiyə bunu ən sərt şəkildə qınayır, lənətləyir: "Türkiyə terrorun istənilən formasına qarşı çıxır. Türkiyə terrora, terrorçuya müxtəlif adlar verərək, terrorçular arasında bölgü aparılmasını, terrorçuların fərqləndirilməsini də qəbul etmir. Terror hər zaman terror, terrorçu hər zaman terrorçudur. Terrorun istənilən formasını qınayırıq”.
E. Özoral qeyd edib ki, terrorla mübarizə qlobal səviyyədə aparılmalıdır: "Ona görə də Türkiyə terrorizmdə mübarizədə bütün ölkələrlə mümkün olan hər cür əməkdaşlığı həyata keçirir və buna dəstək verməyə çalışır. Terrora qarşı mübarizənin də tələbi budur. Terrorla mübarizədə "amma”, "ancaq” demək, hansısa şərtlər irəli sürmək doğru deyil. Terrorizmin bütün formaları ilə eyni formada mübarizə aparılmalıdır. Günümüzdə terror heç bir fərq qoymur, dünən İranda, keçən həftə İngiltərədə belə aktlar törədildi. Dünyanın heç bir ölkəsində bu istisna deyil. Terrora qarşı hamımız birlikdə mübarizə aparmalıyıq. Çünki terror bütün dünyanı, bütün bəşəriyyəti hədəfə almaqdadır”.



Ana səhifəyə qayıt        Baxış: 353          Tarix: 8-06-2017, 18:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar