Xəbər lenti
 

Bu gün qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçiriləcək.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, həlledici görüşdə "Ayaks" və "Mançester Yunayted" üz-üzə gələcək.

Hər iki komanda kuboku başı üzərinə qaldırmaq, eyni zamanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq arzusundadı. Bu görüş "Ayaks" və "Mançester Yunayted" arasında 5-ci duel olacaq. Hər komandanın iki qələbə qazandığı 4 matçda "Mançester Yunayted" iki dəfə mərhələ adlayıb.
 
Qarşılaşma öncəsi hər iki komandanın heyətlə bağlı problemləri var. Hollandiyalıların çalışdırıcısı Peter Bos iki futbolçunun xidmətindən məhrumdu. O, zədəli Deyli Sinkqraven və yarımfinalda qırmızı vərəqə alan Nik Virqeverə güvənə bilməyəcək. Mançesterlilərin "sükanı arxası"nda olan Joze Mourinyonun da problemləri başından aşır. Roxo, Şou, Yanq, və İbrahimoviçin zədəli olması İngiltərə klubunun işini çətinləşdirir. Bayi isə qırmızı vərəqə aldığından, cəzalı durumdadı.
 
Avropa Liqası
Final
24 may

22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Damir Skomina
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan
Əlavə hakim köməkçiləri: Matey Yuq, Slavko Vinçiç
Hakimin ehtiyat köməkçisi: Tomaş Klançnik (hamısı Sloveniya)
Dördüncü hakim: Canluka Roççi (İtaliya)
Stokholm. "Frends Park" stadionu




Ana səhifəyə qayıt        Baxış: 1 187          Tarix: 24-05-2017, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma