Xəbər lenti
 
"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Ovqat.com bildirir ki, Futbol11.az verdiyi xəbərə görə, isveçli hücumçu özünəməxsus fikri ilə ənənəsinə sadiq qalıb.
Avropa Liqasının (AL) nüfuzuna toxunan İbrahimoviç turnirin səviyyəsinin aşağı olmadığını bildirib.
O, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Anderlext”lə keçirilmiş matçdan (1:1) sonra qeyd edib ki, onun iştirakı Avropa Liqasının nüfuzunu yüksəldir: “Mən meydana çıxanda Avropa Liqası Çempionlar Liqasına çevrilir. Turnirin nüfuzunu qaldırıram”.
Qeyd edək ki, Zlatan İbrahimoviç “Mançester Yunayted”in heyətində Avropa Liqasının cari mövsümündə 5 qola imza atıb.



Ana səhifəyə qayıt        Baxış: 1 064          Tarix: 14-04-2017, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma