Xəbər lenti

 Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək.

 Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, oktyabr 18-də Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

 Səəfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək.

 Tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları və ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 7-10-2017, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma