Xəbər lenti

 Mayın 4-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirilir.

Bu gün Forum çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə UNESCO kafedralarının 2-ci akademik forumu və UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı olacaq.

Mayın 5-də isə Forumun rəsmi açılış mərasimi olacaq, “Zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək” mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçiriləcək.

Ümumiyyətlə, Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək.

Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Ümumilikdə tədbirdə təqribən 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır.




Ana səhifəyə qayıt        Baxış: 1 215          Tarix: 4-05-2017, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma