Xəbər lenti
Aprelin 23-dən 26-dək Qazaxıstanın Astana və Almatı şəhərlərində 20-dən artıq Azərbaycan şirkətinin məhsulunun təqdimatı keçiriləcək. 
Ovqat.com "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib.
Onun sözlərinə görə, Qazaxıstana yola düşən biznes missiyanın tərkibində meyvə şirələri, mineral sular, şərab-konyak, meyvə-tərəvəz məhsulları, müalicəvi ot çayları, tikinti materialları, mebel istehsalçıları yer alacaq.
Diplomat bildirib ki, missiyanın əsas məqsədi ikitərəfli iqtisadi-ticari əlaqələri gücləndirmək və aktivləşdirməkdir.
Səfirin fikrincə, Qazaxıstan bazarı azərbaycanlı investorlar üçün cəlbedicidir: "Biz coğrafi olaraq yaxın ölkələrik. Bərə reysləri və aqroreyslər nəqliyyat daşımaları üçün dayanıqlı logistika imkanları yaradır. Biz ilk növbədə Qazaxıstana ənənəvi məhsullarımızı ixrac edirik. Bunların sırasına əsasən neft və maşınqayırma sektoru üçün avadanlıqlar daxildir. Qazaxıstanın şərq regionlarının iqlimi kənd təsərrüfatının inkişafı üçün yararsızdır. Burada ciddi şəkildə su çatışmazlığı mövcuddur. Bunun üçün də biz bu regionlara kənd təsərrüfatı məhsullarımızı ixrac etmək niyyətindəyik".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi təxminən 124,4 mln. dollar təşkil edib



Ana səhifəyə qayıt        Baxış: 1 072          Tarix: 20-04-2017, 16:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma