Xəbər lenti

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 mlrd. 595 mln. 699,93 min ABŞ dolları təşkil edib.

Ovqat.com bildirir ki, "APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11,35% çoxdur.

Bu ilin dörd ayı ərzində idxal əməliyyatları 2 mlrd. 164 mln. 997,72 min dollar olub ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 16,53% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 3 mlrd. 430 mln. 702,21 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 41,11% çoxdur.

Nəticədə 1 mlrd. 265 mln. 704,49 min dollar məbləğində müsbət saldo yaranıb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 124          Tarix: 11-05-2017, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma