Xəbər lenti

Bu ilin aprel ayı ərzində 2 mln. 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 7,37% azdır.

Ovqat.com xəbər verir ki, "APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, cari ilin mart ayı ilə müqayisədə isə SOCAR Ceyhan limanından neft ixracını 20,45% azaldıb.

Bu həcmin 1 mln. 467 min 117 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

2017-ci ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 8 mln. 39 min 435 ton təşkil edib ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 20,31% azdır.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) istismara verilən gündən bu ilin may ayının 1-ə qədər Ceyhan limanından 327 mln. 874 min 34 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

 




Ana səhifəyə qayıt        Baxış: 942          Tarix: 2-05-2017, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma