Xəbər lenti

Dünya bazarında neftin ucuzlaşması Azərbaycanda aparılan iqtisadi islahatları keyfiyyətcə yeni mərhələyə keçirib.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfransda çıxış edən baş nazirin I müavini Yaqub Eyyubov deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən yeni iqtisadi reallıqlara vaxtında adekvat reaksiya verilib, islahatlar müntəzəm xarakter alıb: “Son nəticədə Azərbaycan dünyada ən çox və uğurlu islahat aparan ölkələrdən birinə çevrilib, iqtisadi geriləmə dayandırılıb, maliyyə və makroiqtisadi koordinasiya təmin edilib, ölkədən ixrac sürətlənib, 4 ay ərzində bu sahədə 41% artım qeydə alınıb. Bütün bunlar beynəlxalq qurumların, reytinq agentliklərinin hesabatlarında öz əksini tapıb”.

“Əmin etmək istəyirəm ki, qlobal iqtisadi çağırışlara uyğun hazırlanan və həyata keçirilən iqtisadi islahatlar nəticəsində sahibkarlar və investorlarla birlikdə iqtisadi islahatların effektiv modelini təmin etmiş olacağıq”, - deyə hökumət rəsmisi qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 30-05-2017, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma