Xəbər lenti

“Azərbaycan Beynəxlalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planı baş tutarsa, bankın əhəmiyyətli dərəcədə sağlamlaşdırılmasına nail olunacaq”. “APA-Economics” xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.

“Ötən həftə “xarici kreditorlar klubuna” restukturizasiya planı təqdim olundu. Bu plan dövlət tərəfindən dəstəklənir. Plan baş tutarsa, bankı əhəmiyyətli dərəcədə sağlamlaşdırmaq mümkün olacaq. Söhbət həm kapitalın komfort səviyyəyə çatdırılmasından, həm də yetərli dərəcədə likvidliyin təmin olunmasından gedir. Xüsusilə vurğulamaq istəyirəm ki, plan baş tutduğu halda bankın öhdəlikləri üzrə xərclər aktivlərdən gələn gəlir hesabına təmin olunacaq. Bu isə özəlləşdirmə öncəsi bankın dəyərini xeyli artıracaq. Biz düşünürük ki, bu proses tamamlandıqdan sonra bankın menecmenti və səhmdarı olan hökumət onun özəlləşdirilməsinə başlaya bilər”, - deyə o qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 857          Tarix: 30-05-2017, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma