Xəbər lenti

“Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2,336 mlrd. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,9% çoxdur.

2016-cı ildə metronun cəmi kapitalı 6,5% artaraq 2,271 mlrd. manata, o cümlədən nizamnamə kapitalı 8,7% artaraq 2,581 mlrd. manat, cəmi öhdəlikləri isə 31% azalaraq 65 mln. manat olub.

Ötən il “Bakı Metropoliteni”nin gəlirləri 90,5 mln. manat olub. Bu əvvəlki ilə nisbətən cəmi 62 min manat azdır. 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də metronun gəlirlərinin 38 mln. manatlıq hissəsini dövlət büdcəsindən ayrılmış dotasiya təşkil edib. Nəqliyyat qurumunun sərnişindaşımadan gəliri 744 min manat və yaxud 1,7% azalaraq 42,3 mln. manat olub, sair əməliyyat gəliri isə 7,1% artaraq 10,2 mln. manat olub.

2016-cı ildə “Bakı Metropoliteni”nin xərcləri isə 169,2 mln. manat olub. Bu isə 2015-ci illə müqayisədə 42,3% çoxdur. Metronun xərclərinin əsas hissəsini amortizasiya xərcləri təşkil edib. Bu istiqamətdə 90,2 mln. manat xərclənib ki, bu da illik müqayisədə təxminən 95% çoxdur. Ötən il nəqliyyat qurumu işçi heyətinə isə 40,6 mln. manat xərcləyib. Bu da əvvəki ilə nisbətən 5,2% azdır. Şirkətin istifadə etdiyi elektrin enerjisinə görə xərci isə 9,1 mln. manat olub ki, bu da illik müqayisədə 19% çoxdur.

Son nəticədə “Bakı Metropoliteni” ötən ili 78,7 mln. manat zərərlə baş vurub. Bu isə əvvəlki illə müqayisədə 2,8 dəfə çoxdur. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 027          Tarix: 1-06-2017, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma