Xəbər lenti

Bakının Nəsimi rayonunun Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 11:00-dən 18:00-a qədər paytaxtın Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, yarancaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 102          Tarix: 19-06-2017, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma