Xəbər lenti

Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Virtualaz.org bildirir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 142          Tarix: 30-05-2017, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma