Xəbər lenti

 
"ABŞ-ın Suriya və İraqda çox əhəmiyyətli prioritetləri var, bunu terrorla mübarizə ilə göstərdik. Xüsusilə də İŞİD-ın məğlub edilməsi bizim ən öndə gələn prioritetlərimizdən biridir”.
Strateq.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Sin Spayser gündəlik mətbuat konfransındakı çıxışında bildirib.
Terrorizmə qarşı mübarizədə ölkəsinin beynəlxalq koalisiya çərçivəsində yerli qüvvələrlə əməkdaşlıq etdiyini vurğulayan sözçü əvvəlki iqtidarın ucbatından bir çox fürsətləri fövtə verdiklərini də gizlətməyib:
Əvvəllər regionda mövcud olan müxalif qüvvələr və fürsətlər baxımından köhnə rəhbərliyin əlində olan imkanlar indi yoxdur. Eyni olmayan reallıqlar bizi fərqli addımlar atmaq məcburiyyətində qoyur".
Həmin məcburi addımlardan birinin də Bəşər Əsədə münasibətdə özünü göstərdiyini deyən Spayser ABŞ-ın “çarəsiz”liyini bu sözlərlə etiraf edib:
Bəşər Əsəd rejiminin taleyi ilə bağlı bir çox fürsətləri bizdən əvvəlki hakimiyyət əldən qaçırtdı. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haleylə Dövlət Departamentinin rəhbəri Rex Tillersonun da qeyd etdiyi kimi, Suriyanın gələcəyini artıq Suriya xalqının özü müəyyənləşdirəcək. Biz isə regionda qarşıdurmaların azaldılması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarında nəzərdə tutulan və Suriya xalqının müqəddəratını təyin edəcək siyasi proseslərin başladılması istiqamətidə çalışırıq”.



Ana səhifəyə qayıt        Baxış: 1 238          Tarix: 1-04-2017, 07:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma