Xəbər lenti

 

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu niyə vəzifədən qovduğuna aydınlıq gətirib.

Ovqat.com xəbər verir ki, prezident bunu xüsusilə İran məsələsində anlaşa bilməmələri ilə izah edib.

Tillersonun yerinə təyin etdiyi Mayk Pompeo ilə daha rahat anlaşdığını bildirən Trampin keçirdiyi mətbuat konfransında köhnə silahdaşına xoşbəxtliklər arzulayıb.

Məlumata görə,  ABŞ Prezidenti Donald Trampla dövlət katibinin yolların ayıran əsas məsələ İran və Şimali Koreyaya fərqli münasibətləri olub. Tillerson İranla nüvə sazişini davam etdirmək tərəfdarı olduğundan prezidentlə yola getmirmiş. Eynilə, Şimali Koreya lideri Kim Jong ABŞ-ı təhdid edərkən, Tillerson isə diplomatik çözümə üstünlük verirmiş.

Tillersondan fərqli olaraq yeni dövlət katibi Mayk Pompeonun isə “şahingörüşlü” olduğu bildirilir. O, xüsusilə İran və Türkiyəyə qarşı söyləmləriylə seçilir.

Ağ evdəki kadr dəyişikliyinin İran və Türkiyəyə qarşı ABŞ siyasətinin daha da kəskinləşəcəyinə səbəb olacağı güman edilir.

Qeyd edək ki, Tillerson özünün qovulduğundan sosial şəbəkələrdən xəbər tutub. Tramp Twitter hesabındakı paylaşımıyla onu vəzifəsindən uzaqlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 1 266          Tarix: 13-03-2018, 22:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma