Xəbər lenti

                                                            

Ağ Evin bir neçə yüksək məqamlı əməkdaşı hesab edir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson yaxın vaxtlarda öz postunu tərk etməlidir. Bu barədə «The Washington Post» qəzeti yazıb.

Qəzetin məlumatına görə, Donald Tramp administrasiyasında dövlət katibinə inamsızlıq artmaqdadır.

Prezident Donald Trampın və dövlət katibi Tillersonun ABŞ dövlət siyasətinin bir neçə açar məsələsində, o cümlədən, Şimali Koreyaya, iqlim üzrə Paris sazişindən çıxmaq və ölkənin səfirliyinin Yerusəlimə köçürülməsi məsələsinə yönəlik baxışları fərqlənir.

Qəzet yazır ki, Ağ Evin bir neçə əməkdaşı dövlət katibinin öz postundan getməsinə qədərki günləri sayırlar və bunun 2018-ci ilin fevralında baş verəcəyini qeyd edirlər.\\AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 15-12-2017, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma