Bəzi ABŞ konqresmenləri dövlət katibi Reks Tillersonu Kürdüstanın müstəqillik referendumunu dəstəkləməyə çağırıb.
Ovqat.com Şimali İraq mətbuatına istinadən xəbər verir ki, “Kürdüstan”a qahmar çıxan konqresmenlər bunlardır: Steve King, Trent Franks, Louie Gohmert, Robert Pittenger və Doug La Malfa.
Dövlət katibinə göndərilən məktubda ABŞ-ın müstəqillik referandumuna dəstək verilməməklə İŞİD-ə qarşı mübarizədə tarixi fürsəti qaçırdığı vurğulanıb. Adı çəkilən Respublikaçı konqresmenlər kürdlərin müstəqil bir dövlət qurmaları üçün ABŞ tərəfindən dəstəklənmələri lazım olduğunu bildirib, Tillersondan kürd dövlətinə qarşı çıxan İran və Türkiyənin arxasında durmamağı tələb ediblər.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi Reks Tillerson açıq şəkildə referendumun nəticələrini tanımayacaqlarını bəyan etmişdi.
Paylaş: