Xəbər lenti
  
İngiltərə kral ailəsinin tibb mükafatı tarixdə ilk dəfə türk professor Məhməd Haberala verilib.
Ovqat.com Türkiyədən yayınlanan http://kanalb.com.tr-a istinadən xəbər verir ki, Böyük Britaniya Kral Tibb Dərnəyi bu il ilk dəfə verdiyi, fəxri üzvlərin ən yüksək pilləsi olan "Distinguished Fellowship" mükafatı üçün Pr.Dr. Məhməd Haberalı seçib. Haberal mükafat üçün Atatürkə borclu olduğunu bildirib.
Xidmətlərinə görə İngiltərədə mükafatlandırılan Haberal Türkiyədə “Ərgənəkon” əməliyyatında həbs edilmiş və 4 il 4 ay həbsdə qalmışdı. Həbsdə qaldığı dövrdə dünyasını dəyişən atasının cənazə mərasiminə qatıla bilməmişdi.



Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 26-04-2017, 16:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma