Xəbər lenti

Quba rayonunda 4 yaşlı uşağın meyiti tapılıb.

Ovqat.com xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bərqov kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar.

Quba rayon Prokurorluğundan verilən məlumata görə, uşağın ölüm səbəbini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertiza təyin olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 050          Tarix: 11-05-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma