Xəbər lenti

Sabirabad rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Ovqat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Azadkənd kəndində yaşayan, əvvəllər məhkum olunmuş Hidayət Məmmədov həbs edilib.

Onun evinə baxış zamanı oradan 1 kiloqram 292,38 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona verən həmkəndlisi Ağayar Əliyev də müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı isə 322 qram marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat Balakən rayonunda keçirilib. Polis əməkdaşları tərəfindən Tülü kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 200 kiloqram olan 675 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 135          Tarix: 15-05-2017, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma