Xəbər lenti

Fəhlə işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb.

Ovqat.com-un DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 29-da Bakı şəhər sakini İmran Muradov Xəzər RPİ 2-ci Polis Bölməsinə müraciət edərək həmin gün Buzovna qəsəbəsindəki evində fəhlə işləyən Şamaxı rayon sakini Vüqar Atakişiyevin onun mobil telefonunu oğurladığını, həmçinin evinin qarşısında saxladığı "KİA" markalı avtomobili qaçırdığını bildirib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobil aprelin 30-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində tapılıb.

Xəzər RPİ 2-ci PB və Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Vüqar Atakişiyev Sabirabad rayonu ərazisində tutulub.

 

Faktla bağlı araşdırma aparılır. 

 




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 20-05-2017, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma