Xəbər lenti

Pakistan və Əfqanıstan hazırkı atəşkəs rejiminin Dohada planlaşdırılan danışıqlar başa çatana qədər uzadılması barədə razılığa gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Pakistan nümayəndə heyəti artıq Dohadadır, Əfqanıstan nümayəndələrinin isə şənbə günü, oktyabrın 18-də Qətərin paytaxtına gələcəyi gözlənilir.

Xatırladaq ki, Əfqanıstan və Pakistan münaqişənin dialoq yolu ilə həlli üçün oktyabrın 15-də 48 saatlıq atəşkəs haqqında razılığa gəliblər.




Ana səhifəyə qayıt        Baxış: 3 608          Tarix: Dünən, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma