Xəbər lenti



Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
Ovqat.com Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin şüşəsilən qurğusunun altından gömrük nəzarətindən gizlədilən 7800 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



Ana səhifəyə qayıt        Baxış: 1 041          Tarix: 8-04-2017, 07:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma