Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Qəzza sektoruna gedəcəyini bəyan edib.

Oxu.Az xəbər verir ki, ABŞ lideri bunu "Time" jurnalına bildirib.

O, jurnalın müvafiq sualına cavab verərkən deyib: "Bəli, mən gedəcəyəm".

Daha əvvəl, oktyabrın 9-da Tramp bildirib ki, İsraillə Fələstininin radikal HƏMAS hərəkatının nümayəndələri sülh planının birinci mərhələsi üzrə razılığa gəliblər. Razılaşma Qəzza sektorunda saxlanılan bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çəkilməsini nəzərdə tutur.




Ana səhifəyə qayıt        Baxış: 1 684          Tarix: Bu gün, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma