
ABŞ Prezidenti Donald Tramp bir neçə gün ərzində Budapeştdə Putinlə görüşlə bağlı qərar verəcəyini bildirib.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Burada bir neçə vacib məqam var:
1. Tramp qorxur ki, Putinin sərtliyi və güzəştə getməməsi Budapeşt sammitinin nəticəsiz qalmasına gətirib çıxaracaq, sonra Tramp Putinlə boş görüşlərinə görə tənqidlərə məruz qalacaq.
2. Buna görə də Tramp xarici işlər nazirləri Lavrov və Rubio arasında ilkin məsləhətləşmələrin nəticələrini gözləyir.
3. Rubionun dost olduğu Dərin Dövlətin Gizli Tərəfdarları Partiyası isə Trampın Putinə həddən artıq güzəştə getməsindən qorxur. Və buna görə də Rusiya üçün ilkin tələbləri sərtləşdirir.
4. Avropa Müharibə Partiyası isə Budapeşt sammitini tamamilə pozmaq məqsədi ilə çılğın bir enerji yaradır.
5. Ona görə də sammitə hazırlıq çox ləng gedir”, - o bildirib.
Paylaş: