Xəbər lenti
 
Ötən il Azərbaycanda ölkədə yaşama və olma qaydalarını pozan 26.435 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkar edilib.
Ovqat.com Trend-in məlumatına istinadən bildirir ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, o cümlədən 5.523 nəfər ölkə hüdudlarından kənara çıxarılıb.
Əcnəbilərin əmək istismarına cəlb olunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla məcburi əmək faktı aşkar edilməyib. Lakin əmək qanunvericiliyinin tələblərinin pozulması halları movcud olub ki, bununla bağlı müvafiq xətaları törətmiş şəxslər barəsində inzibati tənbehlər tətbiq olunub.



Ana səhifəyə qayıt        Baxış: 1 044          Tarix: 5-04-2017, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma