Xəbər lenti

Misir hakimiyyəti Qəzza sektorunda sülhün təmin edilməsi üçün beynəlxalq sabitləşdirici qüvvələrin yaradılmasında yalnız o şərtlə iştirak edə bilər ki, bu qüvvələrə ABŞ rəhbərlik etsin.

Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ-nin "The National" nəşri öz mənbələrinə istinadla yazıb.

Bildirilir ki, Misirin rəhbərliyinin fikrincə, ABŞ-nin aparıcı rolu sabitləşdirici qüvvələrin nüfuzunu artıracaq, digər iştirakçıların təhlükəsizliyini təmin edəcək.

Nəşrin yazdığına görə, Misir hakimiyyəti istəyir ki, onun qoşunları Qəzzada yalnız təhlükəsizliyi təmin etsin və sabitliyi qorusun, silahlı qruplaşmalara qarşı mübarizə aparmasın. Misir Türkiyə qoşunlarının da Qəzzada olmasını istəyir, halbuki İsrailin Baş naziri Benyamin Netanyahu buna qarşı çıxır.

Daha əvvəl Britaniyanın "The Guardian" nəşri yazmışdı ki, Qəzza zolağında beynəlxalq hərbi kontingentə Misir rəhbərlik edəcək, Azərbaycan, İndoneziya və Türkiyə ora sayda hərbi qulluqçu göndərəcəklər. Lakin ölkələr bu təşəbbüsdə iştirak edəcəklərini rəsmi olaraq təsdiqləməyiblər.




Ana səhifəyə qayıt        Baxış: 3 300          Tarix: Bu gün, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma