Xəbər lenti

İsrail Qəzza zolağında sülh planının bir hissəsi kimi Türkiyə qüvvələrinin bölgədə yerləşdirilməsi planlaşdırılan sülhməramlı qüvvələrdə iştirakına qarşıdır.

Musavat.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə istinadən "Times of Israel" qəzeti yayıb.

Baş nazir katibliyindən qəzetə bildirilib:

"Burada heç bir fikir ayrılığı yoxdur. Missiyada Türkiyənin iştirakı olmayacaq".

Bundan əvvəl Qərb mediası Netanyahunun Misir kəşfiyyatının rəhbəri Həsən Rəşadla görüşü zamanı Türkiyənin Qəzzada planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrində iştirakına qarşı çıxdığını yazıb.

Bu arada Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk Türkiyə ordusunun Qəzza zolağında sülhün təmin edilməsi üçün istənilən missiyada iştirak etməyə hazır olduğunu vurğulayıb.

Keçən şənbə günü "The Guardian" yazıb ki, sülh planına əsasən, sonradan Qəzza zolağında yerləşdiriləcək beynəlxalq sabitləşdirmə qüvvələrinə Misir başçılıq edəcək. Türkiyə, Azərbaycan və İndoneziya da bu vəzifəyə namizəd sayılır. Kontingentdə Böyük Britaniya və digər Avropa ölkələrindən hərbçilərin iştirakı gözlənilmir.




Ana səhifəyə qayıt        Baxış: 2 929          Tarix: Bu gün, 20:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma