Xəbər lenti
13-09-2025, 19:48

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşına məxsus iki ədəd "Kent" markalı siqaret qutusuna gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 1-06-2017, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma