Xəbər lenti

Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Lazım Hüseynov könüllü olaraq polisə təslim olub. “Report”un Şirvan bürosunun məlumatına görə, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.


*** 10:07

Mingəçevir. 9 iyun. REPORT.AZ/ Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində baş verib.

Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Lazım Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 076          Tarix: 9-06-2017, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma