Xəbər lenti

 

Qaxda 40 yaşlı kişi itkin düşüb.
"Ovqat.com"un "Report"a istinadən məlumatına görə, bu il iyulun 2-də Qax şəhəri M.Gəncəvi küçəsi ev 5 ünvanında yaşayan Aynurə Vahid qızı Kazımova Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı 40 yaşlı Rəşad Vaqif oğlu Cəfərov 22.06.2017-ci il tarixində axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Rəşad Cəfərovun əlamətləri: Boyu 178 sm, gözlərinin rəngi qəhvəyi, saçları qısa və qaradır. Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ köynək, qırmızı qalstuk, göy rəngli pencək, ayağında şabalıdı rəngli ayaqqabı olub.
R.Cəfərov sintezator ifaçısı olub. Həyat yoldaşının bildirdiyinə görə, o, iyunun 22-də Bakı şəhərinə məhz sintezator almaq adı ilə gedib.
Onu görənlərdən və yaxud yerini bilənlərdən Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.
(02425) 5 23 52
(055) 755 73 71
(055)  656 65 36




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 3-07-2017, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma