Xəbər lenti

 

Tərtərdə yaşayış evi yanıb, evdə qalan azyaşlılar son anda xilas edilib.

Ovqat.com bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, hadisə Tərtər rayonunun Seydimli kəndində baş verib. Elmin Məmmədova məxsus ev elektrik naqilindəki qısaqapanma nəticəsində yanaraq külə dönüb. Alov o qədər güclü olub ki, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Ev sahibi Elmin Məmmədov yanğın zamanı uşaqlarını evdən çıxardarkən yüngül yanıq xəsarətləri alıb

Hadisə yerinə dərhal 4 yanğınsöndürən maşın cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Cəlilabadda içində 4 ailənin cehizi olan fərdi yaşayış evi yanıb. Hadisə rayonun Cəlayır kəndində Hüseynağa Gözəlova məxsus fərdi yaşayış evində baş verib.

Ev sahibinin sözlərində görə, əvvəl evin mətbəxində olan qaz balonu partlayıb, daha sonra isə alov otaqlara doğru genişlənib. Hadisə zamanı evdə kimsə olmadığı üçün xəsarət alan olmayıb. Hadisə yerinə yağınsöndürənlər çağrılsa da, 3 otaq və 1 dəhlizdən ibarət olan ev içindəki əşyalarla birlikdə tamailə yanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 8-07-2017, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma