Xəbər lenti

 

İki uşaq atası naməlum şəraitdə yoxa çıxıb.

Ovqat.com bildirir ki, Ağsu rayonunun Qaraqaşlı kənd sakini, 31 yaşlı Araz Rəsulovdan 9 aya yaxındır kı səs-soraq yoxdur. O, sonuncu dəfə 2016-cı ilin noyabr ayının 3-də səhər saatlarında evdən iş adı ilə çıxıb və qayıtmayıb.

Ailəsi deyir ki, Araz spirtli içkiyə meyilli olub. Fəhlə işləyərək qazandığı pulunun çoxunu da içkiyə xərcləyirmiş.

Ailə üzvlərinin sözlərinə görə, Arazın xarici pasportu olmıyıb. Evdən gedəndə şəxsiyyət vəsiqəsini və mobil telefonunu da götürməyib. Onun axtarışı ilə bağlı rayon polis şöbəsinə müraciət edilsə də, bu günə qədər bir xəbər yoxdu.

Ağsu rayon polis şöbəsindən aldığımız məlumata görə, Araz Rəsulovun itkin düşməsi ilə bağlı yaxınları rəsmi müraciət edib və bu müraciət əsasında onun barəsində itkin düşmüş şəxs qismində axtarışlara başlanılıb. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
İki uşaq atası yoxa çıxdı - 9 aydır xəbər yoxdur




Ana səhifəyə qayıt        Baxış: 926          Tarix: 30-07-2017, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma