Xəbər lenti

 Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astaranın Təngərüd kənd sakini, Xəqan adlı şəxs VAZ-2106 markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə mağazaya, sonra isə ağaca çırpılıb.

Nəticədə avtomaşında adıçəkilən şəxs hadisə yerində ölüb. Avtomaşında olan digər bir nəfər yüngül xəsarət alıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib.

Fakt araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 853          Tarix: 10-08-2017, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma