Xəbər lenti
G-7 ölkələri Rusiya və Suriyaya qarşı sanksiyalara lüzum görmədiG-7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiya və Suriyaya qarşı sanksiyalar barədə qərar qəbul edilməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Lukka şəhərində keçirilən toplantıdan sonra Fransa xarici işlər naziri Jan-Mark Eyro deyib.

Bildirilir ki, Moskvaya qarşı sanksiyaların genişləndirilməsinə dair müzakirələr ümumiyyətlə aparılmayıb.

J. Eyronun sözlərinə görə, G-7 ölkələri Bəşər Əsədə Suriyanın gələcəyində yer olmayacağını düşünür. Onun fikrincə, bu ölkədə münaqişənin tənzimlənməsi istiqamətində atılacaq ilk addım beynəlxalq ictimaiyyət tərəfindən nizamlanan atəşkəs olmalıdır.

Bir müddət əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bəyan edib ki, görüşdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edəcək. Onun fikrincə, İdlibə edilən kimyəvi hücumdan sonra G-7 Rusiyanı Suriyadan qoşunlarını çıxarmağa və Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edən birgə bəyannamə qəbul etməlidir. Conson rəsmi Moskvanın rədd cavabı verəcəyi təqdirdə, Rusiyaya qarşı Ukrayna ilə bağlı sanksiyalara yenilərin əlavə ediləcəyi bildirilib.

Qeyd edək ki, aprelin 4-də Suriya">Suriya aviasiyasının İdlib şəhərinə zərbələrindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusunun nəzarətindən olan Şayrat aviabazasına 59 raket buraxılıb. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb.


Ana səhifəyə qayıt        Baxış: 966          Tarix: 11-04-2017, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma