Xəbər lenti

 

"WhatsApp" yenilikləri ilə istifadəçilərinin sayını artırmaqda davam edir.

Artıq dostlarınızdan gələn mesajları göy rəng bildiriş getməmiş oxumaq mümkündür. Yəni, sizin mesajları oxumağınıza baxmayaraq, göndərən şəxsdə "oxunmamış" kimi göstərəcək. Bunun üçün aşağıdakı üsuldan istifadə etmək lazımdır:

1. Mesaj gələndən sonra "WhatsApp"ı tamamilə bağlayın.

2. Sonra interneti bağlayın, lazım olsa "təyyarə rejimi"nə qoyun.

3. Sizə göndərilən mesajı oxumaq üçün "WhatsApp"ı təkrar açın və mesajınızı oxuyun.

4. Mesajı oxuduqdan sonra "WhatsApp"ı təkrar bağlayın.

5. Son olaraq interneti yenidən aktivləşdirin./metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 23-06-2017, 18:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma