Xəbər lenti

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə yayılan məlumatlara münasibət bildirib.

DSX-nın Mətbuat Mərkəzindən “Report”a bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.

Qeyd edək ki, son günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçilərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılıb.




Ana səhifəyə qayıt        Baxış: 741          Tarix: 19-07-2017, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma