Xəbər lenti

 

Nizami rayonu Keşlə qəsəbəsində "Şanxay" adlanan ərazidəki evlər söküləcək. Bu barədə sakinlər virtualaz-org saytına məlumat verib.

Sakinlər yaxın zamanda söküntü işlərinin başlayacağını deyib.

Məsələ ilə bağlı Keşlə qəsəbə İcra nümayəndəliyilə əlaqə saxladıq.

İcra nümayəndəsi Qara Qarakişiyev Publika.az-a açıqlamasında əraziyə sadəcə baxış keçirildiyini deyib:

“Həmin ərazi “Azərbaycan Dəmir Yolları”QSC-nin təhlükəsizlik idarəsinin balansındadır: “Söküntü və köçürmə işlərini də onlar həyata keçirirlər. Dəmir Yollarında İcra Hakimiyyətinə ərazidə baxış keçiriləcəyilə bağlı məlumat daxil olub. Bizdə olan məlumata görə, hazırda Dəmir Yolları əməkdaşları əraziyə baxış keçirir. Lakin söküntü işləri və ya köçürmə ilə bağlı bizə hər hansı məlumat daxil olmayıb. Söküntü işləri aparılacaqsa, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”.

“Azərbaycan Dəmir Yolları”QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Sevinc Qədirova məsələni araşdırdıqdan sonra məlumat verəcəyini dedi.

Qeyd edək ki, Keşlə qəsəbəsində "Şanxay" adlanan ərazinin dəmir yolunun yaxınlığında yerləşməsi sakinlərin həyatı üçün təhlükə mənbəyidir. İllərdir ərazidə sakinlərin köçürüləcəyi gündəmə gəlsə də, konkret addımlar atılmayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 266          Tarix: 31-07-2017, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma