Xəbər lenti

 

Hər kəsin qazancı bir sahədən gəlir. Kiminin havadan, kiminin sudan, kiminin yoldan, kiminin yazmaqdan kiminin pozmaqdan. Bir də qazancdan ötrü ölkə sərhəddini keçənlər var ki əsasən də Rusiya Federativ Respublikasında özlərinə məskən salıblar. 

Rusiyaya gedən 100 Azərbaycanlı kişidən açığını desək 100-ü də mütləq bir Nataşadan, Ninadan tapib el dili ilə desək yaşayırlar. Hətta, Rusiyaya gedənlərin təbiricnə desək orada yaşamaq, iş qurmaq Nataşasız, Ninasız mümkün deyil. 
Rus dilində yığıb topalasam 10 kəlmə bilməsəm də oraya gedib gələnlərdən, soruşduqlarımdan belə qənaətə gəlmişəm ki, Rus qızlarından adama “arvad” olmaz. Amma, nə müəmmadısa “arvad” olmaz dedikləri o Rus qızlarına görə, Azərbaycanımızın neçə-neçə dəyərli xanımları hətta, yanında körpəsi ilə gözüyaşlı, gözü yolda qalıb. 

Məsələnin ən acınacaqlı tərəfi bilirsiz nədədi? Mən deyim sizdə bilin.  Son dönəmlər tv kanallarda insanların axtarışını rahatlaşdıran verilişlər efirə getməyə başlayandan yanında qızı və ya oğlu Məhəmmədəlini, Firdofsini, Mamedi və s. axtaran Rus xanımları bizdəki neçə-neçə ömrünün 50-60-cı ailə baharını yaşayan ailələrə söz söhbətlər, qan qaraçılıqlar saldı.

Bundan əlavə bizdən də atasını, əmisini, qardaşını axtaranların demək olar böyük əksəriyyəti axtardıqlarını ya Rusiyanın şəhərlərində kimsəsizlər məzarlıqlarında ya da bir canlının yaşaması mümkün olmayan vaqonlarda “bomj “ vəziyyətində tapası oldular. Amma, nədənsə bütün bu gördüklərimiz bizlərə o qədər də yaxşı dərs olamamaqdadır ki, yenə də quyuya düşən daş kimi Rusiyaya gedib bir telefon “vzvı” gəlməyən həmvətənlərimiz var. 

Bir də bizi belə uçurumlara sürükləyən tamahımızdır! Çünki, Rusiya gedənlərin geri qayıtma ehtimalının 0.01 % olduğunu bildiyimiz halda Rus pullu, dollar eşidən kimi fikirləşmədən, başına gələcəklərini öz-özlüyümüzdə müzakirə etmədən 15, 16 yaşlı körpə-körpə qızlarımızı ərə verənlərimiz də var. Mən ailə tanıyıram evində min əzab əziyyətlə 3 qız övladı böyüdüb 3-ünü də Rusiyaya gedən oğlana ərə verib və 3-ü də ən uzağı 1 il sonra getdikləri kimi geri - analarının, atalarının evinə qayıdıblar. Yazıq qızlar axı necə qayıtmasınlar?! Ərə getdiklərini yalnız toy gecəsi görən qızlar məgər ölkəni tərk etdikdən sonra Nataşaların, Ninaların əməllərindən yad ölkədə necə yaşasınlar ki?

Həyat görmüş, hər addımın da həyatdan, gördüklərindən təcrübə qazanan analar bunları nəzərə almalıdırlar və bilməlidirlər ki, körpə qızlarını bahalı maşınlara, qızıl qolbaqlara qurban verməsinlər.

Bəli, bütün bunlarla yanaşı Rusiyada işləməklə bərabər öz Azərbaycanlı ailəsinə, övladlarına bağlı olan soydaşlarımız da az deyil və əlbəttə ki, yaxşılar yaxşılıqlarında dayanıblar. Biz daha şox pisliklərdən o pislikləri təkrar etməməkçün ibrət almalıyıq!

Qızını Azərbaycanda fəhləyə, çobana ərə ver, amma qərarı verməmişdən əvvəl qızının xöşbəxtliyini düşün..!


Rahid Vahidoğlu 

Ovqat.com
 




Ana səhifəyə qayıt        Baxış: 975          Tarix: 28-06-2017, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma