Xəbər lenti

  

Fars körfəzində bu gün gərgin anlar yaşanıb.

Ovqat.com xəbər verir ki, körfəzdə bir ABŞ gəmisi İrana məxsus sərhədçi qayığına atəş açıb.

Pentaqon insidentin səbəbini İran qayığının gəmiyə 150 metrə qədər yaxınlaşmasıyla izah edib. Məqsəd isə İran gəmisinə xəbərdarlıq etmək olub.

Məlumatda atəşin İran qayığı xəbərdarlığa cavab verməyincə açıldığı bildirilir. Pentaqon səlahiyyətlilərinə görə, hadisə anında beynəlxalq sularda öz vəzifəsini həyata keçirməkdə olan ABŞ Dəniz Qüvvələrinə aid başqa gəmilər də mövcud olub və xəbərdarlıq atəşləri "döyüş ehtimalının qarşısını almaq üçün" açılıb.  Məhz bundan sonra İran qayığının "təxribat hərəkətlərini" dayandırdıği, lakin bir neçə saat bölgədə qaldığı bildirilir.

İran tərəfi insidentlə bağlı, hələ ki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, son zamanlar bölgədə ABŞ və İran gəmiləri tez-tez kəllə-kəlləyə gəlirlər. İran ABŞ-ı dəniz sərhədlərini pozmaqda ittiham edir və qayıqlarıyıla bu gəmiləri “qovur”. ABŞ isə bu zamana qədər qayıq qarşısından qaçmaqla işini tamamlayırdı. Son dövrlər ərzində nadir hadisələrdəndir ki, ABŞ gəmiləri bu “qovala-qaç” oyununda atəşə açmağı məsləhət görüb.  Bu, körfəzdə yeni isti qarşıdurmaların başlanğıcı ola bilərmi?

Sualın cavabı yaxın zamanlarda ortaya çıxacaq.




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 25-07-2017, 21:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma