Xəbər lenti

MDB ölkələrindən olan təxminən 10 min yaraqlı Suriyada terrorçuların tərəfində döyüşüb.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırış və Təhdid Məsələləri üzrə Departamentinin rəhbəri İlya Roqaçov deyib.

“Suriyada 20 mindən 40 minə qədər yaraqlı döyüşüb, onların təqribən 10 mini MDB-dən idi”, — deyə o “Kommersant” qəzetinə müsahibəsində bildirib.

Roqaçovun sözlərin görə, onların yarısından azının Rusiya vətəndaşlığı olub. Təqribən 5 min yaraqlı Mərkəzi Asiya ölkələrindən olub.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 22-09-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma