Xəbər lenti

Volqast şəhərində seçkiqabağı tədbirin keçirildiyi əraziyə gələn Almaniya kansleri Angela Merkelin avtomobilinə pomidor atıblar.

"Report" xəbər verir ki, bu barədə "Ostsee Zeitung" nəşri yazıb.

Bildirilir ki, Valqastda toplaşan təqribən 150 nümayişçi Merkelin maşınını fit və xoşagəlməz qışqırıq səsləri ilə qarşılayıblar.

Kansler tədbir iştirakçılarını 24 sentyabr tarixində keçiriləcək Bundestaq seçkilərində Xristian-Demokrat İttifaqına səs verməyə çağırıb.

Bundan əvvəl Heydelberq şəhərində çıxışı zamanı Merkelin özünə pomidor atılmışdı.




Ana səhifəyə qayıt        Baxış: 781          Tarix: 9-09-2017, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma