Xəbər lenti
13-09-2025, 19:48

 

İraq parlamenti Kərkükə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edib.

Ovqat.com “Report”a istinadla xəbər verir ki, bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili sentyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.

“Parlament Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi və “referendum”da səs verən dövlət məmurlarının işdən kənarlaşdırılması haqqında qərar qəbul edib”, - o vurğulayıb.

Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri deyib ki, parlament vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hökumətin Kərküklə yanaşı, mübahisəli başqa bölgələrə də hərbi qüvvə yeridilməsi haqqında qərar qəbul edib: “Parlament İraqın şimalındakı yerli hökumətin nəzarəti altında olan bütün sərhəd-keçid məntəqələrinin bağlanmasına dair də qərar qəbul edib”.




Ana səhifəyə qayıt        Baxış: 867          Tarix: 25-09-2017, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma