Çin 2010-2016-cı illərdə Avropa İttifaqı ölkələrinə 100 mlrd. avro (118 mlrd. ABŞ dolları) həcmində birbaşa sərmayə qoyaraq ən iri xarici mülkiyyətçiyə çevrilib.
Ovqat.com report.az-a istinadən bildirir ki, bu məlumat Berlində yerləşən Çinin öyrənilməsi İnstitutu (MERİCS) tərəfindən hazırlanan hesabatda qeyd olunub.
Hesabatda bildirilib ki, Çin 2016-cı ilin yekununa görə xarici aktivlərin alınmasında ABŞ-ı ötüb. Çin investisiyalarının 59%-i Avropanın ən iri 3 iqtisadiyyatı - Britaniya, Fransa və Almaniyaya yatırılıb. Ən çox investisiya marağı isə Britaniyayadır. Bu ölkənin "Heatrow" hava limanının 10%-i "China Investment Corporation"a məxsusdur. "Beijing Construction Engineering Group" isə Mançesterdə "aeroport-şəhər" layihəsinin tikintisinə icazə alıb.
"Ernst & Young" konsaltinq şirkətinin məlumatına görə, Almaniyada Çin şirkətləri 2016-cı ildə 68 şirkət alıblar. Bu, 2015-ci illə müqayisədə 2 dəfə çoxdur. Onlar, sənaye robotları istehsal edən "Kuka" şirkətini 4,7 mlrd. dollara, "KraussMaffei" şirkətini isə 1 mlrd. dollara satın alıblar.
Paylaş: