Rusiya iqtisadiyyatı Krımın birləşdirilməsindən sonra ona tətbiq edilən sanksiyalar nəticəsində 55 mlrd. ABŞ dolları itirib. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında qeyd olunub. Hesabat İspaniyanın "EFE" agentliyi tərəfindən yayımlanıb.
Hesabatda bildirilir ki, Rusiyaya qarşı sanksiyalar qarşı tərəfə aylıq 3,2 mlrd. avro (3,8 mlrd. dollar) zərər vurur. Əsas zərəri avrozona ölkələrinin çəkdiyi bildirilir. BMT-nin xüsusi məruzəçisi İdris Cəzairinin sözlərinə görə, sanksiyaların tətbiqindən 3 il keçib və onun effektivliyinin ölçülməsinin vaxtı gəlib çatıb. "Mən bunu dərhal etməyi məsləhət görürəm", - deyə BMT rəsmisi əlavə edib. Onun fikrincə, sanksiyalar, tədricən aradan qaldırılmalı, xüsusən də əhaliyə mənfi təsir edən sanksiyalar ilk növbədə ləğv edilməlidir.
Paylaş: