Amerikalı rejissor Ceyms Kamerun “Terminator” serialının 6-cı filminin qala gecəsindəki nitqi ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, rejissor Rusiya prezidenti Vladimir Putindən stat gətirib.
Gecədə C.Kameruna süni intellektin gələcəyi ilə bağlı sual verilib. Rejissor isə bir çox insanın bu sahədəki texnoloji inkişafı diqqətlə izlədiyini deyib:
“Məsələn, Putin bu yaxınlarda süni intellekti mükəmməlliyə çatdıran ölkənin bütün dünyaya hökm edə biləcəyini demişdi. Hər ölkə süni intellekti silaha çevirmək üçün bir arqument tapmağa çalışır. Bunun nəticəsini isə özünüz düşünün”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin verdiyi bir açıqlamada dünyəvi liderliyin süni intellektin uğurlarından ayrılmaz bağlantısı olduğunu demişdi. O, süni intellektin sadəcə Rusiyanın deyil, bütün dünyanın uğurlu gələcəyi olduğunu deyərək “bu sahədə lider olacaq ölkə dünyanın əfəndisi olacaq”-, deyə etiraf etmişdi.
Paylaş: