Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən təxribat olacağı halda, təcili əməliyyatlara hazırdır.
Publika.az xəbər verir ki, bu haqda öz mənbəyinə istinadən “Renxap” agentliyi bildirib.
Agentliyin həmsöhbəti hərbi dairələrdə məhz hansı əməliyyatların müzakirə olunduğunu dəqiqləşdirməyib. O bildirib ki, Cənubi Koreya və ABŞ KXDR-in hər hansı yeni nüvə və raket sınaqlarına hazırlaşdığına dair əlamətləri aşkar etməyib.
Sınaqların Koreya Əmək Partiyasının yaranmasının ildönümü olan oktyabrın 10-da keçiriləcəyi proqnozlaşdırılırdı.
“Hadisələrin inkişafını yüksək diqqətlə izləyirik”, - agentlik anonim mənbədən sitat gətirib.
Qeyd edək ki, Cənubi Koreya və ABŞ KXDR-i bütün mümkün vasitələrlə izləyir. Buraya U-2S və RC-800 təyyarə-kəşfiyyatçıları, RF-16 qırıcı-kəşfiyyatçıları, E-737 erkən xəbərdarlıq və nəzarət təyyarəsi, həmçinin P-3C patrul təyyarələri daxildir.
Daha əvvəl yayılan xəbərə görə, Seulun malik olduğu qrafit bombalar adlandırılan raket sistemi Şimali Koreyanın elektrik şəbəkələrini iflic vəziyyətə salmaq imkanına sahibdir.
“Milli Müdafiə Agentliyi qrafit bombaların hazırlanması üçün lazım olan texnologiyanı əldə edib. Artıq Seul sözügedən bombaların Şimali Koreyaya qarşı istifadəsini nəzərdən keçirir. Qrafit bombalar tətbiq edilən zaman müəyyən radiusda mövcud olan elektrik sistemlərində qısaqapanma baş verir və elektrik cihazları sıradan çıxır”, - bu barədə Cənubi Koreyanın “Yonhapnyus” agentliyi məlumat yayıb.
Paylaş: