Xəbər lenti

 Rusiyanın bayrağı bu ölkənin ABŞ-dakı diplomatik binasının üzərindən götürülüb.

Report xəbər verir ki, Rusiyanı ABŞ-dakı səfirliyi məsələ ilə bağlı kəskin etiraz edib.

"San-Fransiskoda yerləşən və ABŞ-ın hakimiyyət orqanları nəzarəti altında olan diplomatik daşınmaz əmlak obyektlərimizin üzərindən Rusiya bayraqlarının götürülməsi ilə bağlı qəti etiraz göndərilib. Bunu qeyri-dost addım kimi qiymətləndiririk. Biz Rusiya dövlət rəmzlərini dərhal yerinə qaytarmağı və belə bir hadisənin yenidən təkrarlanmamasını tələb edirik”, – deyə səfirlyin bəyanatında deyilir.

Ötən ayın əvvəli Rusiyanın San-Fransiskodakı Baş Konsulluğu, Vaşınqtondakı Ticarət Nümayəndəliyi, eləcə də Nyu-Yorkdakı Ticarət Nümayəndəliyinin binaları Dövlət Departamentinin tələbi ilə ABŞ tərəfinə verilib. Dövlət Departamenti sentyabrın 2-dək San-Fransiskoda Baş Konsulluğu, Nyu-Yorkdakı Ticarət Nümayəndəliyi və daha 2 kirayə obyektin bağlanılmasını tələb edib. Buna səbəb Rusiyanın öz ərazisindəki ABŞ-ın diplomatik missiyalarının əməkdaşlarının sayının azaldılması ilə bağlı təklifi göstərilib. Rusiya bunu qeyri-dost addım kimi qiymətləndirib.




Ana səhifəyə qayıt        Baxış: 645          Tarix: 12-10-2017, 08:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma