Xəbər lenti

 

"Microsoft" şirkəti Atlantik okeanının dibi ilə "Marea" adlı internet-kabelin çəkilməsi üzrə işləri başa çatdırıb. Yeni internet-kabelin buraxılış qabiliyyəti saniyədə 160 Tbit təşkil edir ki, bu da adi ev internet xəttinin orta sürətindən 16 milyon dəfə çoxdur.

Şirkətin yaydığı məlumata görə, ABŞ-ın Virciniya ştatının sahilini İspaniyanın Bilbao şəhəri ilə birləşdirən təxminən 6,6 min kilometr uzunluğunda və 4500 ton ağırlığında olan kabel okeanın dibi ilə çəkilib.

Yeni kabelin böyük buraxılış qabiliyyəti internet və "bulud" xidmətlərinə artan tələbatı təmin etməyə kömək edəcək. "Brookings"in araşdırmasına görə, 2020-ci ilədək 5 milyard nəfər internetə çıxış imkanına malik olacaq ki, bu da indiki göstəricidən təxminən iki dəfə çoxdur.\Metbuat.az\




Ana səhifəyə qayıt        Baxış: 637          Tarix: 13-10-2017, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma