Xəbər lenti

 

Ukrayna müxalifəti Kiyevin mərkəzində çadırlar qurmağa başlayıb.

Artıq Ali Rada qarşısında 50-yə qədər belə çadır qurulub. Müxalifət tərəfdarları bəyan edir ki, parlament onların tələblərini yerinə yetirənə qədər aksiyalar davam edəcək.

Mitinq iştirakçıları qızınmaq üçün özləriylə odun da gətirib.

Qeyd edək ki, Kiyevdə belə mənzərə sonuncu dəfə maydan hadisələri zamanı yaşanmışdı. Hazırda ərazi polis və milli qvardiya əsgərlərinin əhatəsindədir. Prezident Petro Poroşenkonun iqamətgahının mühafizəsi də gücləndirilib.\\Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 862          Tarix: 18-10-2017, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma